Bütün işlərini beynində idarə etməyə çalışma

İşlərini, layihələrini və öhdəliklərini beynindən çıxarıb etibar edə biləcəyin bir sistemdə idarə et.

İkinci Beyin – şəxsi və iş həyatındakı öhdəliklərini idarə etmək üçün öz sistemini sıfırdan qurduğun 5
həftəlik praktiki proqramdır.

5 həftə · Onlayn canlı təlim · 10 oktyabr – 7 noyabr · 700 AZN

Orxan İbadov kimdir?

Mən Orxan İbadovam.

Dünya Yaddaş Çempionu, təlimçi və uzun illərdir yaddaş, öyrənmə, məhsuldarlıq və şəxsi idarəetmə sistemləri üzərində çalışan mütəxəssisəm.

İllər ərzində müxtəlif sahələrdən olan minlərlə insanla çalışmışam.

İkinci Beyin proqramında məqsədim sənə daha çox məhsuldarlıq nəzəriyyəsi öyrətmək deyil.

Məqsədim 5 həftə ərzində öz həyatında işləyən, etibar edə biləcəyin idarəetmə sistemini qurmağına kömək etməkdir.

Problem işlərinin çox olması deyil

Hər şeyi beynində saxlaya bilməzsən
Cavab verməli olduğun mesajlar.

Bitirməli olduğun layihələr.

Verdiyin sözlər.

Gözlədiyin işlər.

Görüşlər və son tarixlər.

Birdən ağlına gələn ideyalar.

Həftələrdir “bunu da etməliyəm” dediyin işlər.

Bütün bunların bir hissəsi təqvimdə, bir hissəsi telefonda, bir hissəsi müxtəlif tətbiqlərdə, qalanı isə beynindədir.

Beynin isə daim onları sənə xatırlatmağa çalışır.

Nəticədə iş görmədiyin anda belə beynin işləməyə davam edir. Nəyisə unutduğunu hiss edirsən, amma bəzən onun nə olduğunu belə bilmirsən.

Problem işlərinin çox olması deyil. Problem bütün bunları yadda saxlamaq və vaxtında xatırlamaq işini beyninə həvalə etməyindir.

Beynin hər şeyi saxlamaq üçün deyil, düşünmək, qərar vermək və yaratmaq üçün daha faydalıdır.

Bunun üçün beynindən kənarda etibar etdiyin bir sistemə ehtiyacın var.

İkinci Beyin nədir?

İkinci Beyin – beynindən kənarda qurduğun və işlərini, layihələrini, öhdəliklərini və ideyalarını idarə etmək üçün istifadə etdiyin etibarlı sistemdir.

Məqsəd daha çox tətbiq istifadə etmək və ya daha çox siyahı yaratmaq deyil.

Məqsəd odur ki:

  • nə etməli olduğunu biləsən;
  • hansı işin nə vaxt edilməli olduğunu biləsən;
  • layihələrinin hansı vəziyyətdə olduğunu görə biləsən;
  • gözlədiyin işləri unutmayasan;
  • beyninə gələn yeni işi hara qoyacağını biləsən;
  • sisteminə baxanda ona etibar edə biləsən.

Beləliklə, beynin “bunu unutma” funksiyasından azad olur və əsas işinə — düşünməyə qayıdır.

İkinci Beynini SAAT sistemi ilə quracaqsan

İkinci Beyin tam olaraq nə deməkdir?

Yuxarıda qeyd etdim ki, bu, sənin fikirlərini və məlumatlarını saxlamaq üçün bir yerdir. Həqiqətən də, sənin İkinci Beynin bir yer olsa da, o, bundan daha geniş anlayışdır. Bu, işlətdiyin bir sistemdir.

Bunu həyatın və işin üçün işlətdiyin, Windows və ya iOS-a bənzər bir əməliyyat sistemi kimi düşün. 

İkinci Beyinçilər (özümüzü belə adlandırırıq) bu sistemdən gündəlik istifadə edirlər.

Hər dəfə yeni bir faydalı məlumatla qarşılaşdıqda bu, onların sisteminə daxil olur. Və işdə və ya evdə yeni bir layihəyə başladıqda, tapşırıqlar onların sistemindən axıcı halda çıxır.

Təbii ki, bu prosesə bir ad da qoymuşam. Bu sistem SAAT adlanır. Bu, istehlak etdiyin məlumatı davamlı olaraq yaradıcı işə və konkret nəticələrə çevirmək üçün yaratdığım sübut olunmuş prosesdir.

“Yaradıcı məhsullar həmişə parlaq və yeni olur; yaradıcı proses isə qədim və dəyişməzdir.”
– Silvano Arieti

Saxla: Yalnız vacib olan məlumatları yığ

Beynində gəzdirdiyin yarımçıq işləri, öhdəlikləri, ideyaları və digər açıq məsələləri beynindən
çıxarırsan.

Aydınlaşdır: Səliqə yaratmaqla hərəkətə keçməyi asanlaşdır

Topladıqlarının hər birinin nə demək olduğunu və onunla nə etməli olduğunu müəyyən edirsən.
Bu layihədir? Növbəti hərəkətdir? Təqvimə düşməlidir? Gözlədiyin işdir? Yoxsa ümumiyyətlə etməməlisən?

Analiz et: Məlumatların mahiyyətini dərindən anla

Sistemini mütəmadi nəzərdən keçirərək onu aktual və etibarlı saxlayırsan.
Beləliklə, qurduğun İkinci Beyin bir neçə həftədən sonra yenidən dağılmır.

Tamamla: Unikal ideyalarını və layihələrini həyata keçir

Qurduğun sistemdən istifadə edərək vacib işlərini və layihələrini həyata keçirirsən.
Sistem sadəcə səliqəli siyahılar yaratmaq üçün deyil — işləri bitirmək üçündür.

SAAT sistemi ilə yaşamaq karyeranı, biznesini və həyatını yüksək səviyyədə gücləndirəcək

İkinci Beyin proqramının xarici və yerli məzunlarının bəzilərinin təlim haqqında fikirləri…

İkinci Beyin Təliminə Qoşul

5 həftə ərzində öz İkinci Beynini qur.


Proqrama daxildir:

  • 5 canlı onlayn görüş — həftədə 1 dəfə, təxminən 2 saat
  • SAAT sistemi
  • Həftəlik praktiki tapşırıqlar
  • Hesabat və tətbiq prosesi
  • Qapalı Facebook qrupu
  • WhatsApp bildiriş qrupu
  • Görüşlərin video yazıları
  • Təlim materiallarına daimi giriş

700 ₼

Proqrama qoşulduqda bu bonusları da əldə edəcəksən

🧠 BONUS 1 – Həyatının MASTER Planı

Gündəlik işləri idarə etmək kifayət deyil. Hara getdiyini də bilməlisən.
MASTER Plan vasitəsilə həyatının əsas istiqamətlərinə daha yuxarı səviyyədən baxmağı və uzunmüddətli prioritetlərini müəyyən etməyi öyrənəcəksən.


🧠 Bonus 2 – 12 Həftəlik İl Sistemi

İllik məqsədləri daha qısa icra dövrlərinə çevirərək vacib nəticələr üzərində daha intensiv fokuslanmağı öyrənəcəksən.


🧠 Bonus 3 – ChatGPT ilə 10X Həyat Sürəti

ChatGPT-dən gündəlik və peşəkar işlərində vaxt qazanmaq, düşüncəni sürətləndirmək və müxtəlif prosesləri daha effektiv həyata keçirmək üçün necə istifadə edə biləcəyini öyrənəcəksən.

Təlim necə keçirilir?

5 canlı onlayn görüş

Həftədə bir dəfə təxminən 2 saatlıq canlı görüşdə bir araya gəlirik.

Praktiki tətbiq

Sadəcə dinləmirsən. Öyrəndiklərini öz real işlərin, layihələrin və öhdəliklərin üzərində tətbiq edirsən.

Həftəlik tapşırıqlar

Hər görüşdən sonra sisteminin həmin hissəsini qurmağa davam etmək üçün praktiki tapşırıq alırsan.

Hesabat

Tapşırıqların icrası və inkişafın barədə təlimçiyə hesabat göndərirsən.

Qapalı Facebook qrupu

Təlim videoları və materialları yalnız iştirakçılar üçün yaradılmış Facebook qrupunda paylaşılır. İştirakçılar konkret mövzu üzrə müzakirəni həmin paylaşımın altında davam etdirə bilirlər.

WhatsApp bildirişləri

Görüşlərin başlanması və proqramla bağlı vacib elanlar iştirakçıların WhatsApp qrupunda paylaşılır.

Görüşlərin video yazıları

Canlı görüşlərin yazılarına sonradan yenidən baxmaq mümkündür.

5 həftənin sonunda nə dəyişəcək?

Zehni rahatlıq

Beynin daim sənə yarımçıq işləri xatırlatmağa çalışmayacaq.

Nəzarət

İşlərinin, layihələrinin və öhdəliklərinin harada olduğunu biləcəksən.

Aydın növbəti addımlar

Böyük və qeyri-müəyyən işləri konkret hərəkətlərə çevirməyi öyrənəcəksən.

Etibarlı təqvim

Vaxta bağlı öhdəliklərini düzgün və sistemli idarə edə biləcəksən.

Layihələrdə irəliləyiş

Sadəcə “məşğul olmaq” əvəzinə vacib layihələrini irəli aparmağa fokuslana biləcəksən.

Davamlı sistem

Həftəlik Baxış vasitəsilə sistemini mütəmadi yeniləyib ona etibar etməyə davam edəcəksən.
Məqsəd daha çox iş görmək deyil. Məqsəd nə etdiyini və nə etmədiyini bilərək həyatına daha çox nəzarət etməkdir.

5 həftə ərzində nə edəcəyik?

İkinci Beyin sadəcə izləyəcəyin bir kurs deyil.
Hər həftə öyrəndiklərini öz real işlərin, layihələrin və öhdəliklərin üzərində tətbiq edəcəksən.
Addım-addım öz İkinci Beynini quracaqsan.

Görüş vaxtı: 10 oktyabr, 14:00 – 16:00 (Bakı vaxtı)

İlk mərhələdə beynində daşıdığın yarımçıqlıqları və açıq qalan məsələləri müəyyən edəcəyik.

Xüsusi tətikləyicilərdən və həyatındakı müxtəlif mənbələrdən istifadə edərək beyninin sənə daim xatırlatmağa çalışdığı işləri bir yerə toplayacaqsan.

Həftənin sonunda: beynindəki açıq məsələləri sistemdən kənara çıxarmağa başlamış olacaqsan.

Görüş vaxtı: 17 oktyabr, 14:00 – 16:00 (Bakı vaxtı)

Topladığın hər bir elementin əslində nə olduğunu müəyyən etməyi öyrənəcəksən.

Layihə nədir? Hərəkət nədir? Növbəti hərəkət nədir? Məqsədlə layihənin fərqi nədir? Hansı işlər təqvimdə olmalıdır?

Təqvimini düzgün quracaq və vaxtı konkret olan öhdəliklərini orada idarə etməyə başlayacaqsan.

Həftənin sonunda: qeyri-müəyyən “etməliyəm”lər konkret və idarə olunan işlərə çevrilməyə başlayacaq.

Görüş vaxtı: 24 oktyabr, 14:00 – 16:00 (Bakı vaxtı)

İndi qalan işləri idarə edə biləcəyin sistemə yerləşdirəcəyik.

Layihələrini, növbəti hərəkətlərini, gözlədiyin işləri, “Bir Gün / Bəlkə” siyahısını və digər öhdəliklərini to-do sistemində quracaqsan.

Microsoft To Do, Todoist və Apple Reminders kimi alətlər üzərindən bunun necə işlədiyini praktiki şəkildə görəcəksən.

Məqsəd konkret tətbiqə bağlanmaq deyil. Sistemin məntiqini öyrənməkdir.

Həftənin sonunda: nə etməli olduğunu beynindən xatırlamağa ehtiyacın azalacaq — sistem sənə göstərəcək.

Görüş vaxtı: 31 oktyabr, 14:00 – 16:00 (Bakı vaxtı)

Bu qədər səliqənin əsas məqsədi məhz budur: işləri görmək və vacib layihələri irəli aparmaq.

Layihə və hərəkət səviyyəsində düşünmək, növbəti hərəkəti müəyyən etmək, fokuslanmaq, layihələri planlamaq və işləri sona çatdırmaq üzərində işləyəcəyik.

Həftənin sonunda: İkinci Beynin sadəcə işləri saxladığın yer deyil, onları həyata keçirmək üçün istifadə etdiyin idarəetmə sisteminə çevriləcək.

Görüş vaxtı: 7 noyabr, 14:00 – 16:00 (Bakı vaxtı)

Sistem yalnız ona etibar etdiyin müddətdə işləyir.

Son həftədə gündəlik, həftəlik və aylıq analizdən necə istifadə etməyi öyrənəcəksən.

Xüsusilə Həftəlik Baxış vasitəsilə təqvimini, layihələrini, hərəkətlərini, qeydlərini və gələcək planlarını sistemli şəkildə nəzərdən keçirəcəksən.

Öz Həftəlik Baxış vaxtını müəyyən edib təqvimə yerləşdirəcəksən.

Həftənin sonunda: İkinci Beynini təlimdən sonra da aktual saxlamaq üçün işləyən mexanizmə sahib olacaqsan.

İkinci Beyin Təliminə Qoşul

5 həftə ərzində öz İkinci Beynini qur.


Proqrama daxildir:

  • 5 canlı onlayn görüş — həftədə 1 dəfə, təxminən 2 saat
  • SAAT sistemi
  • Həftəlik praktiki tapşırıqlar
  • Hesabat və tətbiq prosesi
  • Qapalı Facebook qrupu
  • WhatsApp bildiriş qrupu
  • Görüşlərin video yazıları
  • Təlim materiallarına daimi giriş

700 ₼

İkinci Beyin sənin üçündürmü?

Bu proqram xüsusilə sənə uyğundur, əgər:

  • eyni anda bir neçə layihə və məsuliyyəti idarə edirsənsə;
  • vacib işlərin mesajlar, qeydlər, tətbiqlər və beynin arasında səpələnibsə;
  • işdən sonra belə beynin işləri düşünməyə davam edirsə;
  • çox iş gördüyün halda vacib layihələrinin istədiyin sürətlə irəliləmədiyini hiss edirsənsə;
  • bəzən nə etməli olduğunu bildiyin halda nədən başlayacağını bilmirsənsə;
  • daha çox işləmək yox, daha etibarlı sistem qurmaq istəyirsənsə;
  • öyrəndiklərini praktikada tətbiq etməyə hazırsansa.

İkinci Beyin xüsusilə sahibkarlar, rəhbərlər, menecerlər, həkimlər, hüquqşünaslar və məsuliyyətləri artmış digər peşəkarlar üçün faydalıdır.

Kimlər üçün deyil?

Bu proqram sənə uyğun deyil, əgər:

  • sadəcə motivasiya və maraqlı məlumat axtarırsansa;
  • öyrəndiklərini praktikada tətbiq etmək niyyətində deyilsənsə;
  • həftə ərzində tapşırıqlara və sistemini qurmağa vaxt ayırmağa hazır deyilsənsə;
  • 700 AZN ödəniş hazırda sənin üçün maliyyə sıxıntısı yaradacaqsa.

SAAT sistemi ilə yaşamaq karyeranı, biznesini və həyatını yüksək səviyyədə gücləndirəcək

İkinci Beyin proqramının xarici və yerli məzunlarının bəzilərinin təlim haqqında fikirləri…

✅ 100% Zəmanət – Risksiz Qoşul!

İndiyə qədər yüzlərlə insan bu sistemi tətbiq edib və həyatını dəyişib.

Əgər sən də təlimə tam şəkildə qoşulub tapşırıqları yerinə yetirsən, nəticə almamağın demək olar ki, mümkün deyil.

Amma yenə də, hansısa səbəbdən təlim sənə uyğun olmazsa, sadəcə bir mesajla ödənişini tam şəkildə geri ala bilərsən.

Çünki mən bu sistemin necə işlədiyini bilirəm və istəyirəm ki, sən onu tam rahatlıqla yoxlayasan.

Ən Çox Soruşulan Suallara Cavablar

Canlı görüşlər qeydə alınır və video yazıları iştirakçılar üçün qapalı Facebook qrupunda paylaşılır.
Daha sonra baxa bilərsən.

Həftədə bir dəfə təxminən 2 saatlıq canlı görüş keçirilir. Bundan əlavə, sistemi öz həyatında qurmaq
və həftəlik tapşırıqları yerinə yetirmək üçün vaxt ayırmalısan.

Təqvim və to-do alətlərindən istifadə edəcəyik. Təlimdə Microsoft To Do, Todoist və Apple Reminders
kimi müxtəlif nümunələr göstərilir.
Məqsəd konkret tətbiqə bağlanmaq deyil. Məqsəd istənilən uyğun alətdə işləyə biləcək sistemi
öyrənməkdir.

Xeyr. İstifadə etdiyimiz alətlərin əsas funksiyaları təlim zamanı göstərilir.

Təlim Azərbaycan dilində keçirilir.

Bəli. Təlim tamamilə onlayn keçirildiyi üçün dünyanın istənilən yerindən qoşula bilərsən.

Qeydiyyat tamamlandıqdan sonra proqramın başlanması, canlı görüşlər və iştirakçı qrupları ilə bağlı
lazım olan məlumatları alacaqsan.

Orxandan son söz

Hər şeyi yadda saxlamağa ehtiyacın yoxdur.

Hər işi beynində daşımağa da ehtiyacın yoxdur.

Sənə lazım olan şey etibar etdiyin bir sistemdir.

İkinci Beyində məqsədimiz 5 həftə ərzində həmin sistemi birlikdə qurmaqdır.

Təlim bitəndə sadəcə məhsuldarlıq haqqında daha çox məlumatın olmasını istəmirəm.

İstəyirəm ki, istifadə etdiyin İkinci Beynin olsun.