• Mən ikinci beyin yaratmaq, insanların bacarıqlarından bəhrələnmək və effektiv idarəetmə ilə bağlı transformativ təlimdə iştirak etdim. O vaxtdan bəri şəxsi biznesim, ailə idarəçiliyim və özünü inkişaf etdirməyim əhəmiyyətli dərəcədə yaxşılaşdı, potensialımı dəfələrlə artırdı və məni daha çox şeyə nail olmaq üçün motivasiya etdi.
    Fərid Hacı
    “AzVirt” MMC-də Baş Kommersiya Direktoru
  • İkinci beyin kursu ilə tanış olduğum və kursu keçdiyim üçün özümü şanslı hesab edirəm. Mənim həyatımda çox ciddi elementə çevrilib. Unutqanlıq olmadığı üçün özümü daha özgüvənli və rahat hesab edirəm. Məni tanıyan hər kəsə bu kursla əyani tanış olub üstünlüklərindəm faydalanmağı tövsiyyə edirəm.
    Samir Bəşirov
    AzMİU-Layihələrin idarə olunması üzrə müəllim PROES MMC-İdarə heyətinin üzvü
  • Beyin kursu ilə bağlı mənə göstərdiyin dəstək və rəhbərliyə görə sənə nə qədər təşəkkür etsəm azdır. Bu kurs həm şəxsi həyatımda, həm də işimdə böyük bir fərq yaratdı. Sənin sayəndə yeni bacarıqlar qazandım və özümü inkişaf etdirdim. Bu dəyərli təcrübəni mənə qazandırdığın üçün minnətdaram. Artıq her şey menim kontrolumdadı 👍
    Asif Hümbətov
    Caspian Cable Systemsin təsisçisi
  • Orxan İbadovun təlimi beyin gücündən düzgün istifadə etməyi, prosesləri qavrayıb, sistemləşdirib, işləri rahat idarə etməyə xeyli kömək etdi və problemlərin həllində daha yaradıcı yanaşmaq imkanı yaratdı.
    İsa İsmayılov
    Vəkil, Aksept Hüquq Şirkətinin direktoru
  • Salamlar deyerli Orxan bey. Men sizin teliminizi heqiqeten cox beyendim cunki muasir dovrumuzde gunlerimiz suretli kecir ve bu qeder stressin, hereketin icinde işlerimizi planlarimizi nece optimal sekilde nizamlamaği stressi nece sıfıra endirmeyi bu telimde bildik. Her sey ucun size minnetdaram.
    Hamlet Abbaszadə
    Mütəxəssis, Təhsil Nazirliyi
  • Mənim üçün İkinci Beyin təlimi inanılmaz dəyişikliklər yaratdı. Əslində beynimin nəyə qadir olduğuna şahid oldum. Daha dəqiq desək beynimlə yenidən ”tanış oldum”. Bunun üçün Orxan İbadova  təşəkkürümü bildirirəm.
    Abbasov Vüsal
    ArchiCO MMC Baş elektrik mühəndisi
  • Bu telimde beynimi tanidim,ozumu keshv etdim ve telimden sonra sanki yeni bir heyat bashladi menimchun, bu yeni heyat evvelkiyle mugayisede chox gozel ve asan geldi mene 😊
    Hüseyn Cəlilov
    Sahibkar (Tikinti sahəsi)
  • Qısa və səmimi olaraq deyə bilərəm ki, İkinci Beyin təlimi mənim həyatımı  təlimə  qədər və təlimdən sonra olmaqla iki hissəyə böldü. Təlimdən sonrakı həyatım üçün Orxan İbadova dərin minnətdarlığımı bildirirəm.
    Ramin Abbaszadə
    Caspian Cable Systemsin satış müdiri
  • “İkinci beyin” təlimi istər həyatımızı, istər işimizi sistemləşdirmək və onları disiplinli idarə etmək adına çox dəyərli bir təlimdir. Orxan İbadova dərin təşəkkürlər.
    Elnur Bədəlov
    İcraçı direktor (Kabel istehsalı şirkəti)
  • Həyatında dəyişiklik görmək istəyənlər üçün mükəmməl şans. Orxan İbadovla İkinci Beyin qurmağın və beyni səliqəyə salmağın çox asan ve maraqlı olacağını əminliklə deye bilərəm.
    Nicat Zeynalov
    Caspian Lightingin direktoru
  • Orxan müəllimlə aldığım təlim “ikinci beyin” mənim üçün çox faydalı oldu. Təlim zamanı gündəlik proqramın planlı şəkildə qurulması və sistemli düşünmə bacarığı qazandım. Öyrədilən metodlar həm şəxsi, həm də iş həyatımda daha fokuslu və məhsuldar olmağıma kömək etdi. Bu təlim mənim üçün real nəticə verən dəyərli bir təcrübə oldu.
    Zeynəb Dadaşova
    Restoran biznesi meneceri (ABŞ)
  • Sizin 2 ci beyin təliminizdən sonra iş yüküm 50% azaldı. Və daha böyük layihələrin icrasıylada məşğulam. Yaradıcılıq və fərqindəlik daha çox artdı. Layihələri və informasiya selini əla idarə edirəm. Təlim böyük dönüşlər etdi. Bir daha Təlimə görə, səmimiyyətə görə təşəkkür edirəm!
    Ruslan Məmmədov
    Ipək Yolu Un Məmulatları şirkətinin direktoru və müəllim
  • Mən Sevinc Rustəmova, xaricdə həkim kimi çalışıram və bu yaxınlarda mənim üçün çox önəmli bir imtahan var idi. Yaddaşımı gücləndirmək, diqqətimi daha yaxşı toplamaq və imtahana daha sistemli hazırlaşmaq üçün Orxan İbadovun “İkinci beyin” təlimində iştirak etdim. Açığı, bu qərarı verdiyimə görə çox məmnunam. Təlim müddətində Orxan müəllimin verdiyi bütün təlimatlar çox aydın, real və praktik idi. Onun dedikləri sadəcə nəzəriyyə deyil, real həyatda işləyən metodlardır. Bu üsulları gündəlik oxu və hazırlıq prosesimdə tətbiq etdim və nəticəsini çox açıq şəkildə gördüm. Təlim zamanı həm çox şey öyrəndim, həm də ciddi motivasiya qazandım. Daxilimdə özümə olan inam daha da artdı.
    Sevinc Rüstəmova
    Cərrah (Finlandiya)
  • “İkinci Beyin” təlimi həyatımda ciddi dönüş nöqtəsi oldu. Bu müddət ərzində hədəfləri düzgün qurmağı, layihələri sistemli şəkildə idarə etməyi, gündəlik həyatı sadələşdirməyi, planlamağı və zehni yüklərdən azad olmağı öyrəndim. Ən önəmlisi isə, öyrəndiklərimi real olaraq tətbiq etməyi bacardım və bunun faydasını hər gün görürəm. 3 uşaqlı ana olmağıma baxmayaraq, həm dövlət müəssisəsində həkim kimi çalışıram, həm də funksional və bütüncül tibbin dərinliklərini öyrənərək özəl müəssisədə fəaliyyət göstərirəm. Paralel olaraq xroniki xəstəlikləri və çəki problemləri olan insanlar üçün sağlam həyat tərzi marafonları təşkil edirəm. Bütün bu məsuliyyətləri eyni anda idarə edə bilməyimdə “İkinci Beyin” təliminin rolu çox böyükdür.
    Vəfalı Gülməmmədova
    Həkim mütəxəssis pediatr, 14 saylı uşaq poliklinikası
  • Salam Orxan müəllim, sizi tanıyan qədər beynimdə o qədər informasiya yüklənməsi var idi ki, ağırlığı qaldıra biləcək gücüm qalmamışdı. Həqiqətən də çox yorğun idim, tükənmişlik sindromundan əziyyət çəkirdim. Artıq problem yox layihə var, onların həlli üçün növbəti addımlar var. Sayənizdə baxışım, düşüncələrim və yanaşmam dəyişdi. Psixoloqla da seanslar keçirdim, ancaq düşüncələrimi saf-çürük etməyi bacarmırdım. Təlimdən sonra konkret praktik bacarıqları vərdişə çevirə bilirəm, düşüncəmdə olan bir neçə arzularımı layihəyə çevirdim, indi onları təkmilləşdirmə ərəfəsindəyəm. Təşəkkür edirəm ♥️🙏
    Günay İsmayılova
    Azərbaycan Dövlət Pedaqoji Kollecində müəllim
  • İkinci Beyin” təlimi mənim üçün çox faydalı oldu. Xüsusilə məlumatın sistemləşdirilməsi, gündəlik iş prosesində ideya və qeydlərin itirilməməsi, qərarvermə və analitik düşüncənin daha çevik qurulması baxımından təlimin real praktik dəyərini gördüm. Təlimdən sonra həm peşəkar fəaliyyətimdə, həm də şəxsi planlamada məlumatla işləmə yanaşmam ciddi şəkildə dəyişdi. Düşünürəm ki, peşələr üzrə formatlanmış təlimlər (xüsusilə həkimlər üçün) daha da effektiv olacaq və real ehtiyaclara birbaşa cavab verəcək. Bu yanaşmanı çox düzgün qərar hesab edirəm və uğurlu olacağına inanıram.
    Veysəl Rəsulov
    TƏBİB Büdcə planlaması bə xərclərə nəzarət şöbəsinin müdiri
  • İkinci beyin təlimi məhz belə bir təlimə çox ciddi ehtiyac hiss etdiyim zamanda qarşıma çıxdı. Buna görə də onu özüm üçün “kosmosun hədiyyəsi” sayıram. Xaotik, dağınıq, bəzən də statik pazl parçacıqları formasında olan arzularımın, ideyalarımın, nəzəri biliklərimin – nizamlı, sistemli, dinamik hala gəlməsində bu təlimin rolu əvəzsizdir. Təşəkkürlər, Orxan bəy.
    Dr. Alov İnanna
    İnanna Academy-nin həmtəsisçisi və direktoru
  • Ən əsası özümə qarşı hesabatlı olmağı örgətdi. Hər həftənin bazar günü geridə qoyduğum həftənin bütün hesabatını aparıram və ayda bir dəfə ümumi hesabat aparıram. Mən Şəmkir Sağlamlıq Tibb Mərkəzinin baş həkimiyəm. Özümə uyğun elə sistem yaratmışam ki, qəti mən yorulmuram. İşdən zövq alıram. Həm baş həkim kimi həmdə marketinq işlərim hesabatlı olduğu üçün çox yaxşı idarə edirəm. Bütün bunlara görə Sizə təşəkkür və minnətdarlığımı bildirirəm.
    Hüseyn Hüseynov
    Şəmkir Sağlamlıq Tibb Mərkəzinin baş həkimi
  • İkinci Beyin təlimi mənim üçün sadəcə bir kurs deyil, həyat tərzimi kökündən dəyişən bir transformasiya oldu. Bu sistem fərqli sahələrdə, ən qısa zamanda maksimum verim almağın düsturunu verdi. Sistemin mənə qazandırdığı bacarıqlar sayəsində: Hədəflərimə vaxtında, hətta çox zaman vaxtından daha tez çatıram. Məhsuldarlığım artıb, yeni faydalı vərdişlərim formalaşıb və artıq özüm-özümə ən effektiv hesabatlılığı təmin edə bilirəm. Bu qədər iş yükünə rəğmən daxili rahatlığı qorumaq və hər şeyi çatdırmaq möhtəşəmdir. Prosesə güvənin!
    Fərid Abidov
    Electrical engineering and computer science, duetche bourses, financial analyst
  • Orxan İbadovun təlimindən çox fayda götürmüşəm və gündəlik işlərimdə tətbiq edirəm. Fikrimcə, bu təlim peşəkarlıq səviyyəsindən və fəaliyyət sahəsindən asılı olmayaraq, effektivliyini artırmaq istəyən hər kəs üçün faydalı olar. Təlim hər birimizə dünyada qabaqcıl praktikalara yiyələnmək şansı verir. Orxan İbadovun zəmanəmizin ən ağıllı, uğurlu və səmimi azərbaycanlılarından biri olduğunu düşünürəm.
    Elvin Səmədov
    Neft-qaz sənayesində investisiyaların təhlili üzrə iqtisadçı
  • Təlimdən öncə beynim çox yüklənmişdi. İşimlə əlaqəli öyrənəsi yenilikləri gözümdə çox böyüdürdüm. Bu təlim sayəsində yüklənmiş beynimdə illərlə yığılıb qalan ideyalarımı səliqə-səhmana salmağı, real hərəkətə keçməyi öyrəndim. Beynimi artıq yüklərdən azad etdikdən sonra yaradıcılıq, analitik düşünmə qabiliyyətim əhəmiyyətli dərəcədə yaxşılaşdı. Orxan bəyə bu peşəkar və faydalı yolda daim uğurlar arzulayıram.
    Bəxtiyar Məmmədov
    İT həllər üzrə arxitektor (Azerconnect şirkəti)
  • Həkim olduğumdan daim öyrənmə yolunda İkinci beyin təlimi mənim üçün çox faydalı oldu. Orxan İbadov anlaşılan dildə, praktik nümunələrlə keçdiyi bu təlimi, öz üzərində daim təkmilləşən həkimlərə tövsiyə edirəm. Həkimlik fəaliyyətimdə faydalı təcrübə oldu. Bütün bunlara görə Orxan İbadova təşəkkür edirəm.
    Siddiqə Süleymanova
    Özəl klinikada həkim-nevroloq
  • İkinci beyin təlimi çox maraqlı təlimdir və digər təlimlərdən fərqlənir. Mən bu təlimi çox bəyəndim.Beynini səliqəyə salmaq və ikinci beyin yaratmaq istəyən mütləq bu təlimə qoşulmağını tövsiyyə edirəm.
    Xəzər Əlizadə
    Khazar Real Estate global daşınmaz əmlak şirkətinin təsisçisi və direktoru
  • Təlimlə bağlı onu deyə bilərəm ki, həqiqətən işinizin peşəkarısınız. 1 aylıq təlimin sonunda birlikdə ikinci beyin sistemini qurduq, artıq yüklənmələrdən tamamilə azad olduq!
    Mahmud Hümmətov
    Mühəndis
  • 2018-ci ildən Kanadanın Toronto şəhərində Masaj və Cupping (Hicama) Terapiyası mütəxəssisi olaraq fəaliyyət göstərirəm. Orxan bəyin İkinci Beyin təlimi mənim işimi inanılmaz dərəcədə asanlaşdırdı. Bu sistem sayəsində onlarla pasiyentin anamnezini, müalicə protokollarını və tətbiq etdiyim spesifik texnikaları vahid bir mərkəzdə toplayaraq, hər bir pasiyentə fərdi və yüksək keyfiyyətli yanaşma edə bilirəm.
    Elçin Dadaşov
    Masaj və Cupping (Hicama) Terapiyası, Toronto
  • Əgər həyatınızda dəyişiklik etmək istəyir, amma “haradan başlayım, nə edim?” suallarına cavab tapa bilmirsinizsə, bu təlim məhz sizin üçündür.
    Kamran Seyidov
    Maliyyəçi
  • Orxan İbadov “İkinci beyin” təlimində sadə alətlərlə effektiv işləməyi, böyük hədəfləri kiçik və idarəolunan addımlara bölməyi, həmçinin düzgün vaxt bölgüsünü öyrətdi. Bu biliklər gündəlik məhsuldarlığımı ən azı 2 dəfə artırmağa imkan yaratdı.
    Ülviyyə Xəlilli
    Marketinq mütəxəssisi, Qrafik dizayner və İllüstrator
  • İkinci beyin təlimi düşüncəni sistemləşdirməyə, zehni qarışıqlığı aradan qaldırmağa və gündəlik informasiya yükünü daha rahat idarə etməyə kömək edir. Təlim prosesində beyni lazımsız və faydasız məlumatlardan təmizləyərək, diqqəti həqiqətən vacib olan biliklərə yönəltmək mümkündür. Bu yanaşma həm fokuslanmanı artırır, həm də öyrənmə prosesini daha effektiv və zövqlü edir. Nəticədə insan öz potensialını daha aydın görür, yeni ideyalar yaratmaq və yaradıcı düşünmək üçün daha geniş imkanlar əldə edir, həm şəxsi, həm də peşəkar inkişafına müsbət təsir göstərir.
    Dəyanət Quliyev
    Nevroloq, rezident-həkim (Almaniya)
  • Salam və hər kəsə uğurlar. İkinci beyin təlimi barədə eşidən kimi düşünmədən qatıldım və cox razı qaldım. Necə vaxt idi işlərimi planlaya bilmirdim. Unutqanlığım yüksək həddə catmışdı. İşlərimdə ardıcılığı qurmaqda cətinlik var idi həmişə. Təlim zamanı həm cox faydalı alətlər barədə məlumat aldım. Həm də özümə uyğun digital proqramları kəşf etdim. Hazırda bir necəsini istifadə edirəm. İkinci beyini demək olar ki yaratməşam. Hələ də üzərimdə calışıram. Artıq beynimdəki saxlanc yerləri boşaldıb, həmən yerləri yaradıcılıq ücün istifadə etməyə yönəldirəm!
    Aqşin Axundov
    İqtisadcı. Prospekt Əmlak şirkəti. Direktor
  • İkinci Beyin təliminin bir iştirakçısı olaraq demək istərdim ki, bu təlim mənim həyatıma çox böyük töhfə verib. Xüsusilə şəxsi nizam-intizamımı formalaşdırmaqda, işlər çox olduqda stresimi azaltmaqda və nəyi, nə zaman etməli olduğumu planlaşdırmaqda mənə çox kömək edib. Əslində, əlimizin altında olan sadə proqramlardan ağıllı şəkildə istifadə edərək günümüzü, həftələrimizi və aylarımızı planlaşdıra, görüləcək işləri qaydaya sala və bütün həyatımızı daha rahat edə bilərik. İşlər nizama salındıqca insanın özünə olan inamı da artır ki, bu da daha böyük uğurlar qazanmağa yol açır.
    Gülnarə İskəndərova
    Landau məktəbində biologiya müəllimi
  • Orxan İbadovun İkinci Beyin təlimi mənim üçün sadəcə bir təlim deyil, düşüncə tərzimin dönüş nöqtəsi oldu. Həyatımı və layihələrimi necə sistemli şəkildə idarə etməyi, məqsədlərimi aydınlaşdırmağı və fokusumu qoruyaraq irəliləməyi öyrəndim. Təlim artıq başa çatsa da, bu gün də eyni enerji və həvəslə orada öyrəndiklərimi həyatımda tətbiq edirəm. Bu gün məni daha məsuliyyətli, diqqətli və emosiyalara qapılmadan qərar verən biri kimi tanıyırlarsa, bunda Orxan bəyin yanaşmasının böyük payı var. Onun paylaşdığı real təcrübələr mənim üçün yeni düşüncə üfüqləri açdı və həyatımı nəzarət altına almağa kömək etdi.
    Sevil Ramazonova
    Riyaziyyat müəllimi | Cambridge & IB MYP
  • İkinci beyin təlimi mənim üçün düşüncə aləmində yeni sərhədlər açdı. Orxan bəyin göstərdiyi yeni metodlar həm iş, həm də şəxsi həyatda planlı şəkildə yaşamağı asanlaşdırır. Ən əsası isə beyin yarımçıq fikirlərdən təmizlənir və insan zehnini daha effektiv istifadə etməyə başlayır. Mən biznesin inkişafı sahəsində olan fəaliyyətimdə bu təlimdə öyrəndiklərimdən davamlı olaraq istifadə edirəm və effektini net şəkildə görürəm.
    Ziya Hacılı
    Biznesin inkişafı meneceri, HELL ENERGY
  • Bu kurs həqiqətən baxış bucağımı dəyişdi. “İkinci Beyin” sistemi sayəsində məlumatları daha effektiv toplamağı, təşkil etməyi və istifadə etməyi öyrəndim. Orxan İbadov un izah tərzində ən çox bəyəndiyim özəllik, hərşeyin sadə dillə gündəlik həyatdakı proseslərlə əlaqələndirib izah etməsidir.  Beynini səliqəyə salmağı və proseslərə fərqli bucaqdan baxmaq istəyən hər kəsə tövsiyyə edirəm.
    Nizami Kəlbəliyev
    Proqramlaşdırma və elektronika mühəndisi
  • İkinci Beyin təlimi məlumatla işləmə vərdişlərimi kökündən dəyişdi. Artıq ideyalarımı və vacib qeydlərimi itirmir, onları rahatlıqla idarə edə bilirəm. Təlim həm nəzəri, həm də praktik baxımdan çox dəyərlidir və dərhal tətbiq oluna bilən alətlər təqdim edir. Bu təlimi özünü inkişaf etdirmək və iş prosesini daha effektiv qurmaq istəyən hər kəsə tövsiyə edirəm.
    Həsən Məmmədov
    ABŞ Hərbi Dəniz Qüvvələri (U.S. Navy)
  • Buna sadəcə “təlim” demək düzgün olmaz. Bu proses özündə bir çox komponenti birləşdirən düşüncə inqilabıdır. Bu sözləri nə qədər şablon olaraq eşitsək də bu dəfə realdır, bu sözün həqiqi mənasında həyat dəyişdirən təlimdir.
    Turan Hüseynli
    E-Commerce Specialist
  • İkinci Beyin təlimi mənə problemlərə yox, layihələrə fokuslanmağı və hər hansı bir işdə ilişdiyim anda özümə ‘növbəti gözlə görünən, konkret fiziki hərəkət nədir?’ sualını verməyi öyrətdi. Xüsusilə sistem qurmaq və stresssiz məhsuldarlıq yanaşması işlərimi daha aydın, idarəolunan və davamlı etməyə kömək etdi.
    Murad Məmmədli
    Mühasib
  • İlk öncə onu deyim ki, bu müddət ərzində beynimizin işləmə prinsipləri ilə bağlı bir çox maraqlı faktlar öyrəndim. 
    Xüsusilə də yarımçıq qalmış layihələrin insanın zehni enerjisini necə əslində arxa planda yediyini daha aydın dərk etdim. 
    Bu layihələri planlamağı, onları müxtəlif tətbiqlər və veb platformalar üzərindən idarə etməyi öyrənmək mənim üçün ciddi rahatlıq yaratdı.
    Faiq Eldarov
    “ANT Consulting” MMC-nin həmtəsisçisi və icraçı direktoru
  • “İkinci Beyin” təliminə qədər istər iş, istərsə də məişət həyatım tamamilə xaos içərisində idi desəm tam yerinə düşər. Təlimdə öyrəndiklərimi tətbiq etdikdə isə beynim xeyli yüngülləşdi və sanki su kimi axıcı çalışmağa başladı. Artıq əvvəllər çətin kimi görünən bir çox işləri indi daha asanlıqla və sistemli olaraq yerinə yetirə bilirəm. Minnətdaram!
    Ceyhun Yardımlı
    Satış meneceri, Hotel Valadier Group (Roma, İtaliya)
  • İkinci beyin təlimi məni gündəlik ‘iş trafiki’ təzyiqindən  ‘xilas etdi’ deyə bilərəm. Əvvəllər günümü idarə edən işlərimin yerini, artıq gündəlik mənim idarə etdiyim işlər alıb. Bəlkə də hamının bildiyi iş səmərəliliyi nəzəriyyələrini praktikaya necə çevirmək olar sualına cavabı İkinci beyin təlimiylə tapmaq mümkündür.
    Məhəmmədrza Cəfərov
    Baş mühasib, ‘Azərbaycan Nəşriyyatı’ MMC
  • 1 aydan artıq müddət ərzində “İkinci beyin” təliminə qatılmağım mənim üçün çox faydalı oldu və təcrübəmin artmasına səbəb oldu. Bu təlim vasitəsilə beynimizin sadəcə bir yaddaş kitabçası olmadığını, əsas vəzifəsinin isə yeni ideyalar və düşüncələr yaratmaq olduğunu anladım. Planların və layihələrin nizama salınması, zaman və məkan baxımından cədvəl şəklində təşkil edilməsi, onların həyata keçirilməsi üçün bütün xırda detalların düşünülüb yazılması, hər bir yeni addımın planlaşdırılması, bu məqsədlə xüsusi tətbiqlərdən istifadə olunması və sonda həftəlik hesabatların hazırlanması insan həyatını xeyli asanlaşdırır.
    Bu təlimə görə Orxan bəyə dərin təşəkkürümü bildirirəm.
    Natiq Siyahov
    Menecer, Edunova International Services (Tayland)